ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi elan etməyi planlaşdırır.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya üzrə koordinatoru Con Kirbi deyib.
O, yardım paketinin nə zaman açıqlanacağını və hansı növ silahların tədarük ediləcəyinə dair məlumat verməyib.