Abşeronda yeniyetmə qız 3-cü mərtəbədən yerə yıxılıb

Fev28,2021

Abşeron rayonunda xəsarətlə nəticələnən hadisə baş verib.

“QİA.AZ” xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Hüseynova Zeynəb Bahəddin qızı ehtiyatsızlıqdan yaşadığı binanın 3-cü mərtəbəsindən yerə yıxılıb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona bədənin müştərək xəsarət travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Oxşar Xəbərlər