ADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilib – FOTO

Narkomaniyanın gənclər arasında yayılmasının qarşısını almaq üçün bütün təhsil müəssisələrində maarifləndirmə işləri daha da gücləndirilməlidir.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Narkomaniyaya yox deyək!” adlı keçirilən konfransda rektor Zəfər Qurbanov deyib.

Tədbir Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin və Gəncə Şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şura tərəfindən müntəzəm olaraq bu aktual mövzuda tədbirlərin keçirildiyini, gənclərlə maarifləndirici söhbətlərin aparıldığını qeyd edib.

Sonra çıxış edən Gəncə Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, ehtiyatda olan polis polkovnik-leytenantı Ramiz Sadıxov, ADAU-nun Əczaçılıq kafedrasının müəllimi Samirə Quliyeva, baş müəllimi Sakit Atakişiyev, polis kapitanı Əmrah Cəfərov, tələbə Həmid Səfərov və başqaları narkotik maddələrdən istifadə nəticəsində baş verə biləcək fəsadlardan, narkoloji xəstələrin müayinə və müalicəsindən, həmçinin bu bəla ilə təsirli mübarizədən və onun aradan qaldırılması tədbirlərindən söz açıblar.

Oxşar Xəbərlər