ADB Azərbaycanda effektiv iqtisadi siyasətin idarəedilməsinə dəstək olacaq

Yan11,2021
ADB Azərbaycanda effektiv iqtisadi siyasətin idarəedilməsinə dəstək olacaq

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda daha effektiv iqtisadi siyasətin idarəedilməsi üçün biliklərin artırılması ilə bağlı texniki dəstək layihəsinin icrasına başlayıb. Layihə 2022-ci ilin sonuna qədər davam edəcək.

“QİA.AZ” Banka istinadən xəbər verir ki, layihənin dəyəri 380 min ABŞ dolları təşkil edir və ADB-nin Texniki Dəstəklə bağlı Xüsusi Fondundan (TASF) maliyyələşəcək.

Layihə çərçivəsində dövlət idarəetməsi və institusional potensialın artırılması nəzərdə tutulur. Bununla yanaşı, layihə Azərbaycanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmasına töhfə verəcək.

Bilik və texniki dəstək Azərbaycanda sübut əsaslı iqtisadi siyasətin qurulması işini gücləndirəcək.

Məlumatda vurğulanır ki, layihə Asiya İnkişaf Bankının Azərbaycan üçün 2009-2022-cü il üzrə Əməkdaşlıq Strategiyası çərçivəsində həyata keçirilir və Bankın Azərbaycanda məlumatlandırma işini yaxşılaşdırılması üzrə əsas element kimi götürülür.

Qeyd edilib ki, Azərbaycanda 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra vacib iqtisadi dəyişikliklər baş verib. Azərbaycan iqtisadiyyatı karbohidrogen məhsullarının ixracatı gəlirlərindən asılılığı nəticəndə xarici təsirlərə qarşı həssas olaraq qalır. Bununla yanaşı, hökumət 2016-cı ildən bəri qeyri-neft iqtisadiyyatının inkişafını sürətləndirmək üçün islahatlara əhəmiyyətli məbləğdə vəsait xərcləyir.

Texniki dəstək layihəsinin məqsədi: iqtisadi islahatlara yönəlmiş dövlət xərclərinin səmərəliliyinin artırılması. Texniki dəstək layihəsi nəticəsində iqtisadi siyasətin effektivliyini yaxşılaşdırmaq.

Məlumatda vurğulanır ki, Azərbaycan, həmçinin donor kimi fəaliyyət göstərməyə başlayıb. 2019-cu ilin noyabrında Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyasına 5 milyon ABŞ dolları, Asiya İnkişaf Fonduna 2 milyon ABŞ dolları və Avropa Yenidənqurma və İnkişaf Bankına 2 milyon ABŞ dolları məbləğindı vəsaitin ayırılmasını elan edib. Həmçinin, Azərbaycan 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatına milyon ABŞ dolların ayırılması ilə bağlı qərar verib.

Oxşar Xəbərlər