ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb-FOTO

May2,2024

Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin I kurs tələbələri Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda olublar.

QİA.az xəbər verir ki, bu barədə İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüş tələbələrin fizika fənnini daha dərindən mənimsəmələri, burada quraşdırılan müasir avadanlıqlarla tanış olmaları məqsədi daşıyıb.

Fizika İnstitutunun alimləri tələbələrə elmi müəssisədə aparılan tədqiqatlar, laboratoriyaların elmi araşdırmalarda istifadə etdiyi metodikanın iş prinsipləri, aparılan elmi tədqiqatların istiqamətləri və elmi nəticələr haqqında ətraflı məlumat veriblər.

Tələbələrə ADNSU-nun Fizika kafedrasının müəllimi, Fizika İnstitutunun əməkdaşı fizika üzrə fəlsəfə doktoru, dosent Xuraman Əhmədova rəhbərlik edib.

Qeyd edək ki, tələbələr ADNSU-nun mühəndis fizikası ixtisası üzrə təhsil alan ilk ingilisdilli qrupudur.

Oxşar Xəbərlər