“Azərbayacan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ixrac rejimində növbəti növ yüklərin nəqlinə başlayıb.
“QİA.AZ“ xəbər verir ki, bu barədə “ADY Express” məlumat yayıb.
Məlumata görə, bu dəfə şirkət Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində istehsal olunan sementin dəmir yolu ilə Gürcüstana daşınmasına start verib. Yüklər Qaradağ stansiyasında, qurumun təqdim etdiyi yarımvaqonlara yüklənərək, Gürcüstanın Kaspi yük stansiyasına çatdırılır. Yüklərin qonşu ölkəyə nəql edilməsi və vaqonların geri dönməsi ümumilkdə 6-7 günə həyata keçirilir.
“ADY Express” bu yüklərin daşınması üçün 50 vaqon ayırıb ki, hər ay 4 belə daşımanın həyata keçirilməsi nəzərdə tutulur. Şirkət hər ay 15 000 ton sementin Gürcüstana nəql edilməsini planlaşdırılır.