AEBA-nın baş direktoru Tehrana səfər edəcək

Fev17,2021

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi fevralın 20-də Tehrana səfər edəcək.

QİA.AZ xəbər verir ki, bu barədə İranın AEBA-daki daimi nümayəndəsi Kazem Qaribabadi tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, baş direktor Tehranda İranın Atom Enerjisi Təşkilatı ilə əməkdaşlığın perspektivini müzakirə edəcək.

Oxşar Xəbərlər