AFFA İntizam Komitəsi 2 futbolçu və 3 klubu cəzalandırıb

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “QİA.AZ“ın məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının X tur matçlarından 3-də baş vermiş intizam pozuntularına baxılıb.

“Zirə” ilə ev oyununda “Sabah” klubunun futbolçusu Xuan Kamara ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

“Qəbələ”ni qəbul etdiyi görüşdə “Səbail”in müdafiəçisi Yurgen Qoca analoji səbəbdən eyni cəzaya, klubu isə həmin məbləğdə cəriməyə məruz qalıb.

“Neftçi” ilə qarşılaşmanın 86-cı dəqiqəsində isə “Keşlə”nin azarkeşi meydana daxil olub. Nəticədə meydan sahibi klub 1 600 manat ziyana düşüb.

Oxşar Xəbərlər