Azərbaycan Premyer Liqasında çıxış edən klublara yeni toplar verilib.
“QİA.AZ”ın məlumatına görə, AFFA ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində çempionatın hər bir komandasına 2021/2022-ci il mövsümündə istifadə üçün 50 ədəd top təqdim edilib.
Qeyd edək ki, mövcud əməkdaşlıq çərçivəsində ötən iki mövsümdə də Premyer Liqa klublarına “Nike” topları təqdim olunub.