Afrikalı futbolçu Türkiyədə aldadılıb

Türkiyəyə özünə klub tapmaq üçün gedən keniyalı futbolçu Abdulselam İbrahim Abdullah aldadılıb.

QİA.AZ DHA-ya istinadən xəbər verir ki, 19 yaşlı oyunçu özünü futbol agenti kimi təqdim edən şəxslər tərəfindən qarət olunub.

Onların arasında türkiyəli və afrikalı şəxslərin də olduqları bildirilir. Oyunçu həmin şəxslərə 5 000 ABŞ dolları ödəyib.

İlk olaraq, İstanbula gələn afrikalı futbolçunu özünü məşqçi kimi təqdim edən şəxs İzmirə, ardınca Denizliyə göndərib. O, 1 000 dollar verdiyi həmin şəxslə də əlaqə qura bilməyib.

Abdulselam hazırda İstanbulun “Yeşilköyspor” klubunda məşqlərini davam etdirir. O, bütün baş verənlərə baxmayaraq, bu ölkədə özünə klub tapmaq istədiyini söyləyib.

Oxşar Xəbərlər