Türkiyəyə özünə klub tapmaq üçün gedən keniyalı futbolçu Abdulselam İbrahim Abdullah aldadılıb.
“QİA.AZ“ DHA-ya istinadən xəbər verir ki, 19 yaşlı oyunçu özünü futbol agenti kimi təqdim edən şəxslər tərəfindən qarət olunub.
Onların arasında türkiyəli və afrikalı şəxslərin də olduqları bildirilir. Oyunçu həmin şəxslərə 5 000 ABŞ dolları ödəyib.
İlk olaraq, İstanbula gələn afrikalı futbolçunu özünü məşqçi kimi təqdim edən şəxs İzmirə, ardınca Denizliyə göndərib. O, 1 000 dollar verdiyi həmin şəxslə də əlaqə qura bilməyib.
Abdulselam hazırda İstanbulun “Yeşilköyspor” klubunda məşqlərini davam etdirir. O, bütün baş verənlərə baxmayaraq, bu ölkədə özünə klub tapmaq istədiyini söyləyib.