Ağ Ev Bayden və Putin arasında baş tutacaq görüşü təsdiq edib

Dek4,2021

Dekabrın 7-də ABŞ və Rusiya prezidnetləri Cozef Bayden və Vladimir Putin arasında videozəng formatında görüş keçiriləcək.

QİA.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bir müddət əvvəl bildirilmişdi ki, dövlət başçılarının iki sammiti keçiriləcək. Onlardan biri 2021-ci ilin sonunda onlayn formatda, digəri isə 2022-ci ildə üz-üzə baş tutacaq.

Danışıqlarda əsasən, Avropa və Ukraynadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur.

Oxşar Xəbərlər