Ağac əkmək istəyənlərin sayı günbəgün çoxalır

Mar16,2021

“Sevindiricidir ki, son illər Azərbaycanda ağac əkilməsi işi daha da kütləviləşib. Bütün ölkə ərazisində genişmiqyaslı ağacəkmə tədbirləri keçirilir. Ağac əkmək istəyənlərin sayı günbəgün çoxalır. Bu da dəyərli media nümayəndələrinin ağac əkilməsini yüksək səviyyədə təbliğ və təşviq etməsi sayəsindədir. Buna görə media nümayəndələrinə Nazirlik adından xüsusi təşəkkür edirik.

ETSN-nin Mətbuat Xidmətindən QİA.AZ-a verilən məlumata görə, bu gün jurnalistlərin binası ətrafında Nazirliyin tinglik sahələrində yetişdirilən 400-ə yaxın müxtəlif cinsli ağac əkildi. Və bununla da hər birimiz təbiətə öz töhfəmizi verməyə çalışdıq”.

İ.İbrahimova ağacəkmə tədbirlərinin mövsümün sonunadək bütün ölkə üzrə davam edəcəyini bildirib.

Oxşar Xəbərlər