AzərbaycanƏrazi

Ağcabədi Rayonu

Movavi

Ağcabədi rayonu — Azərbaycan Respublikasında inzibati — ərazi vahidi. İnzibati mərkəzi Ağcabədi şəhəridir. Ağcabədi Azərbaycan Respublikasında 1939-1962-ci illərdə şəhər tipli olmuşdur. Ağcabədi rayonunun mərkəzi aeroport, Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir.

Etimologiyası

Azərbaycan Respublikasının ən iri kənd təsərrüfatı rayonlarından biri olan Ağcabədi rayonunun ərazisi 1756 km² — dir, əhalisi 128100 nəfərdir.

Məşğul əhalinin əsas hissəsi səhiyyə, təhsil, mədəniyyət sahəsində, kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye müəssisələrində, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.

Ağcabədi rayonu 1 şəhər, 1 qəsəbə və 39 kənd inzibati ərazi vahidindən və 44 kənddən (Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Avşar, Aşağı Avşar, Xocavənd, Salmanbəyli, Mehrablı, Aran, Yeni Qaradolaq, Qaradolaq, Kəbirli, Hacıbədəlli, Nəcəfqulubəyli, Şənlik, Şahmalılar, Şotlanlı,Bala Kəhrizli, Böyük Kəhrizli, Biləğan, Ağabəyli, Pərioğullar,Cəfərbəyli, Hüsülü, Rəncbərlər, Qiyaməddinli, Qaravəlli, Təzəkənd, Muğanlı, Şahsevən, Şahsevən-Təzəkənd, Köyük, Boyat, Qaraxanlı, Hacılar,Kəhrizli, Şərəfxanlı, Arazbar, Sarvanlar, Kürdlər, Minəxorlu, Yuxarı Qiyaməddinli , Sarıcalı, Taynaq, Poladlı, İmamqulubəyli, Gələbədin kəndləri ) ibarətdir.

Rayon ərazisində 216 idarə və müəssisə, 7 bank filialı, 2 rabitə müəssisəsi, 3 mehmanxana fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə Atena MMC- dir. Bu Məhdud Məsuliyyətli cəmiyyətin 200 nəfər işçisi vardır.

Hazırda rayon üzrə məşğul əhalinin sayı 72632 nəfər, o cümlədən sənayedə çalışanların sayı 664 nəfər, kənd təsərrüfatında çalışanların sayı 32681 nəfər, tikintidə 398 nəfər, nəqliyyat və rabitədə 329 nəfər, təhsil, mədəniyyət və incəsənətdə 5351 nəfər, səhiyyə, bədən tərbiyəsi və sosial təminatda 1171 nəfər,kreditləşmə maliyyə və sığortada 134 nəfər, İdarəetmə orqanları aparatında 417 nəfər, ticarət və xidmət sahələrində 3635 nəfər, digər sahələrdə 24361 nəfərdir.

Adının mənası iri məskən (ağca-iri, badi-məskən, qəsəbə) olan Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları — Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur.’

Tarixi

Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşən Ağcabədinin adı ilk dəfə 1593-cü ildə Bərdə Livasına tabe olan Ağcabədi nahiyəsi olaraq çəkilmiş və qədim tayfaların yaşayış məskəni olmuşdur. Ağcabədi yaxınlığında eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları və müxtəlif qəbir abidələri aşkar edilmişdir. Orta əsrlərə aid qəbiristanda daşdan yonulmuş qoyun formalı başdaşıları vardır. Ağcabədi Qarabağın dayağı olan Kəbirlilərin, 32-lərin məskunlaşdığı ərazidir.

Qədim tayfaların məskunlaşdığı ərazidə həmin tayfaların adı ilə bağlı olan kənd adları bu günə kimi yaşamaqdadır. Kəbirli kəndinin adı Qarabağın Kəbirli tayfasının adı ilə bağlıdır.Şahsevən kəndinin adı isə XVI əsrdə I şah Abbas Qızılbaş tayfaların zəiflətmək üçün könüllü qvardiya düzəltmiş və onlara torpaq payları vermişdir. Həmin torpaqlar bu günə qədər öz qədim adlarını saxlayırlar. Ağcabədinin Şahsevən kəndinin adı məhz bu Şahsevən qvardiyasının adı ilə bağlıdır. 1727-ci ildə Gəncə-Qarabağın Müfəssəl tarix dəftəri sənədində Bayot nahiyəsi tərkibində Ağcabədi kəndinin adı çəkilir. Ağcabədi rayonunun Boyad kəndində Pənahəlixan 1747-1748-ci ildə Bayot qalasını tikdirmişdir.

XVIII əsrin 50-ci illərində Hacı Çələbi Boyad qalasına hücum etsə də, onu ala bilməmişdir. Bunda sonra Pənahəlixan Boyat qalasının duzən yerdə yerləşdiyinə görə başqa qala tikdirmək qərarına gəlir. 1823-cü ilin məlumatına görə Ağcabədinin aşağı hissəsində yerləşən Xəlfərəddin kəndi sonralar Ağcabədi ilə birləşərək Ağcabədi Xəlfərəddin adlandırılmışdır. 1930-cu ildə Sovet hakimiyyəti Azərbaycan ərazisi inzibati bölgüyə bölən zaman Ağcabədi də inzibatı bölgüsünə görə rayon adı almış,1963-cü ildə ləğv edilərək Ağdam rayonuna verilmişdir. Rayonun ərazisi 1756 km2 , əhalisi 117500 nəfərdir. Rayon Ağdamın tərkibindən 1965-ci ildə ayrılmış və yenidən rayon statusu almışdır.

Coğrafi mövqeyi

Ağcabədi rayonu Bərdə, Zərdab, Füzuli, Ağdam, Xocavənd, Beyləqan rayonları ilə həmsərhəddir. Rayonunun mərkəzi Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində, Mil və Qarabağ düzlərindədir.

Ümumi ərazi, [kv.km]1760.00
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km]815.29
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km]298.28
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km]600.29
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km]553.75
Meyvə bağlarının ümumi sahəsi, [kv.km]8815.29
Şoran torpaqların ümumi sahəsi, [kv.km]79.35

Relyefi

Ağcabədi rayonunun relyefi düzənlikdir, şimal-şərqdən cənub-qərbə doğru tədricən yüksəlir, ərazinin səthi Aptropoden sisteminin kontinental — Allüduar və dəniz çöküntülərindən təşkil olunmuşdur. Gil yatağı var. Rayonun şimal-şərq sərhəddi ilə təqribən 45 km məsafədə Kür çayı, mərkəzi hissədə Qarqar çayı axır. Rayon ərazisindən Yuxarı Qarabağ və Orcenikidze adlı kanallar keçir. Ərazidə şor sulu göllər var. Boz-çəmən, boz, çəmən-boz torpaqlar yayılmışdır. Mərkəzi hissədə şor və şorakət torpaq sahəsinə də təsadüf olunur. Rayonda meliorasiya işləri tətbiq olunur.

Geoloji quruluşu

Ərazinin səthi Antropogen sisteminin kontinental və dəniz çöküntülərindən təşkil olunmuşdur.

Çayları və su hövzələri

Rayonun çay şəbəkəsi nisbətən seyrəkdir. Şimal — şərq sərhədi ilə Kür çayı, mərkəzi hissədən Qarqarçay axır. Qarqarçay Kiçik Qafqazın Qarabağ silsiləsinin şərq yamacından axan Xəlfəliçay ilə Zarıslıçayın qovuşmasından yaranır. Çayın mənbəyi 2080 m yüksəklikdədir. Onun 11 qolu vardır. Ərazidə şor sulu göllər vardır. Bunlardan ən böyüyünün ümumi sahəsi 3.1 min ha olan Ağgöldür.

Landşaftları və bioloji xüsusiyyətləri

İqlimi mülayim-isti və quru subtropikdir. Boz-çəmən, boz və çəmən-boz torpaqlar yayılmışdır. Bitkiləri bozqır və yarımsəhra tiplidir. Kür çayı sahillərində kolluqlar və seyrəlmiş tuqay meşələri vardır.Ərazinin xarakterik su bitkiləri, əsasən, saçaqotu , suincilosu, sünbüllü suçiçəyi, dəniz nayası və s. Meşələri əsasən, söyüd, ağyarpaq qovaq, qarağac, tut, uzunsaplaq palıd, saqqız ağacı və s. ağac növləri yayılmışdır.

Fauna

Məməliləri ceyran, canavar, qaban, çaqqal, adi tülkü, qamışlıq pişiyi, bataqlıq qunduzu, porsuq, boz dovşan, kiçik asiya qum siçanı və s. canlılardan ibarətdir. Su hövzələrində 30-a yaxın balıq növünə rast gəlinir. Bunlar qılıncbalıq, durnabalıq, qızılüzgəc, həşəm, lilbalıq, çəki və s. balıqlardır. Sürünənlərdən xəzər və bataqlıq tısbağaları, adi suilanı və suilanı yayılmışdır.

Ağcabədi rayonu quşlarla zəngin olub 150-ə yaxın növ ilə təmsil olunmuşdur. Bunlardan 90-dan çox növ yuvalayandır. Ərazinin ornitofaunası, əsasən, turac, çöl göyərçini, qaraqarın bağrıqara, qırqovul, Sultan toyuğu, adi flaminqo, qaraquş, ərsindimdik, qarabattaq və s. quşlardan ibarətdir. Ağgöl Milli Parkının bir hissəsi və Ağgöl Dövlət Təbiət Yasaqlığı Ağcabədi ərazisinə düşür.

Arxeoloji abidələri

Sarıcalı kəndi yaxınlığında antik dövrə aid Səngərtəpə yaşayış yeri. Poladlı kəndi yaxınlığında Tunc Dövrünə aid Gavurtəpə. Dəmir Dövrünə aid Yolçəkəntəpə, Aşıxlıtəpə kurqanları.Ağcabədi şəhərində Tunc Dövrünə aid Üçtəpə və Şahtəpə kurqanları. Hindarxı kəndində Eneolit və Tunc Dövrlərinə aid Çaqqallıtəpə yaşayış yeri, Qasımtəpə və Hiiseynbəy kurqanları. Boyat kəndi yaxınlığında Eneolit Dövrünə aid Töyrətəpə yaşayış yeri, Tunc Dövrünə aid Boyatqala. Arazbar kəndi yaxınlığında m.ə.I minilliyə aid yaşayış yeri. Salmanbəyli kəndi yaxınlığında antik dövrə aid Qaragöbər nekropolu. Tunc dövrünə aid Üçtəpə yaşayış yeri.

Tarixi mədəni abidələri

Boyat kəndi yaxınlığında Solaxaytəpə yaşayış yeri. Qaradolaq kəndi yaxınlığında antik dövrə aid Qaratəpə yaşayış yeri. Kəbirli kəndi yaxınlığında orta əsrlərə aid Əmirəhməd yaşayış yeri. Hacılar kəndində qədim qəbiristanlıq. Hindarx qəsəbəsində məscid (1907).

İqlimi

İqlimi mülayim, isti və quru subtropiktdir. Orta aylıq temperatur yanvarda 1,2 — 1,7 °C, avqustda isə 25-30 C-dir. İllik yağıntı 300–500 mm-dir.

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

Əhalinin ümumi sayı135550
Şəhər əhalisinin sayı, [%]31.2381
Kənd əhalisinin sayı, [%]68.7619
Əhalinin orta sıxlığı61.268750
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%]49.6490
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%]50.3510
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%]37.1575
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%]9.933
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%]49.9940
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%]7.8510
Ali təhsilli əhalinin sayı, [%]4.728
Orta təhsilli əhalinin sayı, [%]34.7760
Məskunlaşmış qaçqınların sayı223
Məskunlaşmış məcburi köçkünlərin sayı18431

Etnik tərkibi

Etnik qruplar1959-cu il1970-ci il1979-cu il1999-cu il2009-cu il
Azərbaycanlılar33.04839.14159.22665.454 (99,4%)NümunəNümunə
Ermənilər2652546947 (0.1%)NümunəNümunə
Talışlar16M/D– (-)NümunəNümunə
Ləzgilər63292642 (0,1%)NümunəNümunə
Avarlar3542 (0,1%)NümunəNümunə
Gürcülər2442111 (0,1%)NümunəNümunə
Kürdlər17234 (0,4%)NümunəNümunə
Ruslar1.15160435311 (0,1%)NümunəNümunə
Ukraynalılar112M/D11 (0,1%)NümunəNümunə
Almanlar2M/DM/D11 (0,1%)NümunəNümunə
Yəhudilər142411 (0,1%)NümunəNümunə
Beloruslar11M/DM/D11 (0,1%)NümunəNümunə
Özbəklər274M/DM/D11 (0,1%)NümunəNümunə
Taciklər2M/DM/D11 (0,1%)NümunəNümunə
Qazaxlar2M/DM/D11 (0,1%)NümunəNümunə
Komilər1M/DM/D11 (0,1%)NümunəNümunə
Başqırdlar1M/DM/D11 (0,1%)NümunəNümunə
Udmurtlar1M/DM/D11 (0,1%)NümunəNümunə
Tatarlar32M/D2711 (0,1%)NümunəNümunə
Mordvalar5M/DM/D11 (0,1%)NümunəNümunə
Çuvaşlar2M/DM/D11 (0,1%)NümunəNümunə
Osetinlər1M/DM/D11 (0,1%)NümunəNümunə
Dargilər41M/DM/D11 (0,1%)NümunəNümunə
Moldovanlar1M/DM/D11 (0,1%)NümunəNümunə
Osetinlər3M/DM/D11 (0,1%)NümunəNümunə
Adıgeylər1M/DM/D11 (0,1%)NümunəNümunə
Farslar22M/DM/D11 (0,1%)NümunəNümunə
Latışlar1M/DM/D11 (0,1%)NümunəNümunə
Polyaklar2M/DM/D11 (0,1%)NümunəNümunə
Türklər2M/DM/D11 (0,1%)NümunəNümunə
Estonlar1M/DM/D11 (0,1%)NümunəNümunə
TatlarM/D1211 (0,1%)NümunəNümunə
SaxurlarM/D111 (0,1%)NümunəNümunə
QrızlarM/DM/DM/D11 (0,1%)NümunəNümunə
UdinlərM/DM/D111 (0,1%)NümunəNümunə
Digər xalqlar2M/DM/D42 (0,1%)NümunəNümunə
Milliyəti göstərilməyən11M/DM/D11 (0,1%)NümunəNümunə
Cəmi35.13340.27959.83765.854 (100%)NümunəNümunə
Qeydlər :1970-ci il əhalinin siyahıyaalınmasında ukraynalılar ruslar ilə birlikdə hesablanmışdır.
Etnik quplarƏhalinin Sayı(Nəfər)
Azərbaycanlılar65.454 (99,4%)
Talışlar– (-)
Ruslar234 (0,4%)
Ermənilər47 (21,8%)
Ləzgilər42 (0,1%)
Gürcülər11 (0,1%)
Bütün rayon üzrə65.854 (100%)

Görkəmli şəxsləri

  • Nəsib Əliyev(II) — istefada olan polkovnik, şair.
  • Üzeyir Hacıbəyov — bəstəkar
  • Çingiz Hacıbəyov — dirijor
  • Əfrasiyab Bədəlbəyli — bəstəkar , xalq artisti
  • Şəmsi Bədəlbəyli — bəstəkar , xalq artisti
  • Tofiq Bəhramov — futbolçu, hakim (1966-cı il dünya çempionatında final oyununun hakimi)
  • Zülfü Adıgözəlov — müğənni , xalq artisti
  • Vasif Adıgözəlov — bəstəkar , xalq artisti
  • Yaqub Məmmədov — xanəndə , xalq artisti
  • Səfa Qəhrəmanov — xanəndə , xalq artisti
  • İman Əsgərzadə — fizika -riyaziyyat elmlər doktoru , professor( Fizika İnstitutu , Turkiye Bilkənd Universiteti )
  • İbad Abbasov — iqtisad elmləri doktoru, professor, Bakı Biznes Universitetinin rektoru
  • Ağakişi Kazımov — professor
  • Əlvan Əliyev (Kəbirli) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qabaqcıl Təhsil İşçisi (Gəncə Dövlət Universiteti), politoloq-publisist, “Qızıl Qələm” mükafatı laureatı
  • Xəqani Məmmədov — ADV-da professor
  • Xanlar Hacıyev — Avropa İnsan Haqları Məhkəməsinin hakimi
  • Asif Rüstəmli — filologiya elmləri doktoru, ADMİU-nun professoru, BDU Dissertasiya Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü, Prezident təqaüdçüsü
  • Vilayət Quliyev — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi.Azərbaycanin keçmiş X.İ. naziri , Azərbaycanın Polşadakı və Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri
  • İsi Məlikzadə — xalq yazıçısı
  • Məmməd Aranlı — yazıçı
  • Ənvər Əhməd — şair
  • Hidayət Rüstəmov (yol mühəndisi) — Əməkdar Mühəndis, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəis müavini
  • Əyyub Əzizov — əməkdar müəllim, k.e.n., dosent (BDU-«Kimyanın tədirisi metodikası» kafedrasının müdiri)
  • Əhməd Elbrus — şair
  • Könül Kərimova — müğənni
  • Sabir Novruzov — mahir muğam ifaçısı. Azərbaycan respublikasının əməkdar artisti
  • Rəşad Məcid — “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Mətbuat Şurasının üzvü.
  • Mansur Piriyev – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri
  • Mais Piriyev — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
  • Həmidə Məmmədquluzadə — Cəlil Məmmədquluzadənin həyat yoldaşı Kəhrizli kəndində anadan olmuşdur. Hal hazırda həmin kənddə ev muzeyi yerləşir.
  • Ələsgər Rüstəmov — hüquqşünas, baş ədiliyyə müşaviri, polkovnik
  • Yəhya Paşazadə — şair, Azərbaycan Yazıçılar birliyinin üzvü, 525-ci qəzetin əməkdaşı.

İqtisadi xarakteristikası

Rayon iqtisadiyyatının əsasını salam təsərrüfatı, yüngül və yeyinti sənayesi təşkil edir. Ağcabədi Azərbaycanın əsas pambıqçılıq rayonlarındandır. Həmçinin, taxılçılıq, üzümçülük, heyvandarlıq və baramaçılıq inkişaf etmişdir. 2009-cu ildə rayonda 1769 hektar sahədə pambıq əkilmiş, 2645 ton məhsul yığılmışdır. 2010-cu ildə isə pambıq əkini 2425 hektar və həmin sahələrdən yığılan məhsul isə 2896 ton olmuşdur. Göründüyü kimi əvvəlki illə müqayisədə əkin sahəsi 656 hektar, məhsul istehsalı isə 251 ton artmışdır. Rayonda 2 pambıq tədarükü müəssisəsi Ağcabədi Pambıq “ASC “və” CTS Aqro” MMC fəaliyyət göstərir. Rayonda yağ-pendir zavodları, istehsal kombinatı vardır. Bundan başqa “Pambıq” ATSC, avtomobil təmiri zavodu müəssisələri var. Rayona qaz çəkilməsi işlərinə 2008-ci ildə başlanılıb. 2013-cü ilədək Ağcabədi şəhəri də daxil olmaqla rayonun bütün yaşayış məntəqələrinə qaz çəkiləcəkdir. Ağcabədidə 2009-cu ildə ət istehsalı 9024 ton, süd istehsalı 48432 ton, yumurta istehsalı 11902 min ədəd, yun istehsalı 975 ton olmuşdur. 2009-cu ildə taxıl əkini sahəsi 27383 hektar, cəmi məhsul 84712.4 ton, hər hektarın məhsuldarlığı 30.8 sentner olmuşdur. Bundan əlavə, 80 hektar dən üçün qarğıdalı əkilmiş, 470.2 ton məhsul götürülmüşdür. Cəmi 85182.6 ton məhsul istehsal edilmişdir.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Rayonda 62 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 2 məktəbdənkənar uşaq müəssisəsi, 39 uşaq bağçası, 8 musiqi məktəbi, 20 mədəniyyət evi, 43 klub, incəsənət məktəbi, tarix-diyarşünaslıq muzeyi, 74 kitabxana, 12 xəstəxana, vərəm dispanseri, sanitar-epidemiologiya stansiyası, 22 feldşer-mama məntəqəsi var. Ermənistanın təcavüzü nəticəsində Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində yüzlərlə ev, 1 məktəb binası, 1 kənd mədəniyyət evi, 1 kitabxana yandırılaraq məhv edilmişdir.

Maddi-mədəni irsi

Ağcabədi rayonunun ərazisində tarixi, memarlıq və incəsənət abidələri mövcuddur. Belə ki, rayonda eneolit, tunc, antik dövr və orta əsrlərə aid yaşıyş yerlərinin qalıqları tapılmışdır.

Tarixi abidələr


  • Eneolit dövrünün qalıqları: qəbiristanlıq təpə kurqanı və yaşayış yeri, Kiçik yaşayış yeri (Boyad kəndi), Yastıtəpə yaşayış yeri (Hindarx kəndi), Əhənglitəpə, Keşaltıtəpə, Cəfərqulutəpə, Hüsülütəpə (Hacılar kəndi), Kamiltəpə yaşayış yeri, Şaxtəpə yaşayış yeri (Yeni Qaradolaq kəndi), Sutəpə yaşayış yeri, Canavartəpə (Taynaq kəndi), I və II Mirvaritəpə, Qətiltəpə, Əbiltəpə I və Əbiltəpə II, Məhəmmədtəpə (İmamqulubəyli kəndi), Ağtəpə (Taynaq kəndi).
  • Tunc dövrünün qalıqları: Kültəpə, Sarıbaştəpə, Üçtəpə, Şaxtəpə (Ağcabədi şəhəri), Qışaltıtəpə, Qəbiristanlıq təpə, Qalatəpə (Boyad kəndi), Yolaşantəpə (Gələbədin kəndi), Qazantəpə kurqanı, Görüştəpə kurqanı, Qəbiristanlıq təpə kurqanı, Qasımtəpə kurqanı, Quştəpə kurqanı, Adsız kurqanlar, Hüseynbəy kurqanı (Hindarx kəndi), Sümüklü təpə (Cəfərbəyli kəndi), Yantəpə yaşayış yeri, Sutəpə yaşayış yeri (Taynaq kəndi), Böyüktəpə yaşayış yeri (Biləğan kəndi), Gültəpə (Qaraxanlı kəndi).
  • Antik dövrün qalıqları: yaşayış yeri (e.ə.V-II minilliklər, Təzəkənd kəndi), yaşayış yeri (e.ə. I minillik, Arazbar kəndi), yaşayış yeri (e.ə. I minillik, Qiyaməddin kəndi), yaşayış yeri (Hüsülü kəndi), Səngərtəpə yaşayış yeri (Sarıcalı kəndi), Törətəpə yaşayış yeri (Şənlik kəndi).
  • Orta əsrlərin qalıqları: böyük qəbiristanlıq (Hacılar kəndi).
  • Yerli əhəmiyyətli arxeoloji abidələr: Solaxaytəpə kurqanı (XVIII əsrin 40-cı illəri, Boyad kəndi), Xımılı təpələri yaşayış yeri (İmanqulubəyli kəndi).
  • Cümə məscidi — Ağcabədi şəhəri, XX əsr, Qarabağ küçəsi
  • Həmidə xanım Məmmədquluzadənin ev muzeyi — Kəhrizli kəndi
  • Tarix və diyarşünaslıq muzeyi — Ağcabədi şəhəri,M.Ə.Rəsulzadə prospekti
  • Heydər Əliyev mərkəzi — Ağcabədi şəhəri H.Əliyev prospekti
  • Rəsm qalereyası — Ağcabədi şəhəri,M.Ə.Rəsulzadə prospekti
  • 20 yanvar faciəsi, Şəhidlər Xiyabanı xatirə abidə kompleksi — Ağcabədi şəhəri,M.Ə.Rəsulzadə prospekti
  • Məscid — Hindarx qəsəbəsi, 1907-ci il

Yerli media

Ağcabədi rayonunda AzTV-1 Dövlət televiziyasının,rəhbəri Sənan Həsənoğlu “Space” telekanalının müxbir postları yerləşir. Rayonda 1932-ci ildən “Aran” qəzeti nəşr olunur.

İcra başçıları

  • 27 may 1992-ci ilə qədər Aydın Manaf oğlu Quliyev
  • 27 may 1992 — 25 avqust 1992 Münsüf Məmməd oğlu Səfərov
  • 25 avqust 1992 — 16 dekabr 1993 Məhərrəm Osman oğlu Quliyev
  • 13 mart 1994 — 2 may 2001 Şamil Əlif oğlu Həsənov
  • 2 may 2001 — 26 dekabr 2005 Fəxrəddin Əyyub oğlu Həsənov
  • 26 dekabr 2005 — indiyədək Şahin Kərim oğlu Məmmədov

Qeydlər

  1.  İlk dəfə rayon kimi 1930-cu ildə yardılsa da 1963-1965-ci illərdə Ağdam rayonun tərkibində olmuşdur.
40°03′10″ şm. e. 47°27′41″ ş. u.
Ölkə Azərbaycan
BaşçıRafil Hüseynov
Tarixi və coğrafiyası
Əsası qoyulub1965
Sahəsi1 760 km²
Mərkəzin hündürlüyü39 m
Saat qurşağıUTC+4
Əhalisi
Əhalisi136 700 nəfər (2020)
Rəqəmsal identifikatorlar
Telefon kodu+994 2127
Poçt indeksiAZ0400
Nəqliyyat kodu04
Hire Freelancers

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button