Ağcabədidə qəza: Xəsarət alanlar var

Yan 23, 2024

Ağcabədidə minik və yük avtomobili toqquşub, dörd nəfər xəsarət alıb.

QİA.az APA-a istinadla xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

Hərəkətdə olan VAZ 2106 markalı avtomobillə “QAZel” markalı yük maşını toqquşub.

Qəza zamanı hər iki avtomobildə olan sərnişinlər, 1979-cu il təvəllüdlü Yasəmən Məmməd qızı Quliyeva, 1998-ci il təvəllüdlü Rəqsanə Natiq qızı Ələsgərova, 1982-ci il təvəllüdlü Kənan Əvəz oğlu Nayibov və Rəvan Gülşad oğlu Nəcəfov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər