Ağcabədidə qanunsuz işləyən süd məhsullarının istehsalı aşkarlanıb

Dek24,2020

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Ucar regional bölməsinin əməkdaşları daxil olan məlumat əsasında Ağcabədi rayonu, Boyat kəndində fəaliyyət göstərən Əliyev Yaşar Nizami oğluna məxsus və Ağcabədi rayonu, Hindarx qəsəbəsində fəaliyyət göstərən Rüstəmov Ramiz Baxşeyiş oğluna məxsus süd qəbulu və saçaqlı pendir istehsalı sahələrində monitorinqlər həyata keçirib.

AQTA-dan “QİA.AZ”a verilən məlumata görə, keçirilən monitorinqlər zamanı hər iki müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən, baytarlıq sanitariya və sanitar gigiyena qaydalarına əməl etmədiyi və heç bir texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi aşkar olunub.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq emal sahələrinin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Oxşar Xəbərlər