Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır

“Xtra Plast” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

QİA.az xəbər verir ki, bu barədə İZİA-dan AZƏRTAC-a bildirilib ki, müəssisədə plastik tara istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 3,8 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək.

İstehsal olunan məhsulların daxili bazara satılması nəzərdə tutulur.

Oxşar Xəbərlər