Ağdamda əmək yarmarkası təşkil olunacaq

Apr23,2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası aprelin 26-da Ağdamın Quzanlı qəsəbəsində təşkil olunacaq.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarmarkada işsiz və işaxtaran şəxslərə 12 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 170 vakansiya təqdim ediləcək.

Yarmarka iştirakçılarına Agentliyin icra etdiyi layihə və tədbirlər barədə ətraflı məlumat da veriləcək.

Yarmarka saat 11:00-dan 13:00-dək davam edəcək.

Oxşar Xəbərlər