Ağdamda 3 min hektara yaxın ərazi minalardan təmizlənib

Apr15,2021

Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin mina və partlamamış sursatlardan təmizlənməsi prosesi davam edir.

Ağdam rayon İcra Hakimiyyətindən QİA.AZ-a verilən məlumata görə, artıq rayonun işğaldan azad edilmiş 2941,41 hektarı partlayıcı maddələrdən tam təmizlənib.

Həmin ərazilərin 2 min 190,5 hektar sahəsi şumlanıb. Şumlanan ərazilərin hamısına buğda əkilib.

Oxşar Xəbərlər