Ağdamda itkin düşən şəxsin minaya düşərək öldüyü məlum olub

İyn17,2021

Ağdamda itkin düşən şəxsin minaya düşdüyü məlum olub.

Bu barədə “QİA.az”a Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, 10 gündən çoxdur itkin düşən Cəsarət Hətəmxanov rayonun işğaldan azad olunmuş Seyidli kəndi ərazisində minaya düşərək həlak olub.

Onun meyiti iyunun 16-da hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tapılıb.

C.Hətəmxanovun nəşi ailəsinə təhvil verildikdən sonra Quzanlı qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində yaşayırdı. O, bu ayın əvvəlində Seyidli kəndinə gedib, daha sonra geri qayıtmayıb. Həmin gündən C.Hətəmxanovla əlaqə itib.

Oxşar Xəbərlər