Ağdamın bir qrup ziyalısından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanıb.
QİA.AZ-ın məlumatına görə, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Müzəffər sərkərdəlik məharətinizlə şanlı Ordumuzun Qarabağ cəbhəsində qazandığı möhtəşəm hərbi zəfər münasibətilə Sizi ürəkdən təbrik edirik.
Siz iki əsr davam edən münaqişəyə, 30 ildən artıq sürən amansız ayrılığa ədalətli Vətən müharibəsi ilə birdəfəlik son qoydunuz. Qarabağı işğaldan azad edərək tariximizin ən müqəddəs səhifəsini yazdınız və bu şərəfli salnamənin müəllifinə çevrildiniz. Şuşada dövlətçilik rəmzimiz olan Azərbaycan bayrağını ucaltmaqla isə artıq bütün Qarabağın sahibinin məhz Azərbaycan xalqı olduğunu dünyaya məğrurcasına bəyan etdiniz.
Cənab Müzəffər Ali Baş Komandan,
Vətən müharibəsinin zəfərləri silsiləsində Ağdam rayonunun da adının olması bütün ölkə ictimaiyyətinə hədsiz sevinc, iftixar yaşatdı. Biz ağdamlıların hisslərini isə sözlə ifadə etmək mümkün deyil. 27 illik həsrətdən sonra qüdrətli Ordumuzun Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərinə daxil olması sakinlərimizin həyatlarının ən xoşbəxt, ən qürurlu günləri oldu.
Ağdamlılar hər zaman Heydər Əliyev dövlətçilik xəttinə – Prezident İlham Əliyevin siyasi kursuna sadiq olublar. Ulu Öndərin böyük himayədarlığı sayəsində ötən əsrin 70-80-ci illərində Ağdam misli görünməyən inkişaf və quruculuq mərhələsi yaşadı. Heydər Əliyev Ağdamı güclü, alınmaz qalaya çevirdi. Təsadüfi deyil ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz xaos və müharibəyə sürüklənəndə, Ulu Öndərin hakimiyyətə dəvət edilməsi məqsədilə ilk mitinqlərdən biri də məhz “Nicatımız, xilasımız yalnız Heydər Əliyevlədir” çağırışı ilə Ağdamda keçirildi.
Ədalətsiz müharibə başlanandan Ağdam sakinləri az qala yalın əllə, primitiv silahlarla döyüşə atıldı, 6 mindən çox övladımız şəhid, minlərlə insanımız əlil oldu. Lakin dövlətimizin sahibsizliyi həm də düşmənlə üz-üzə qalan Ağdamın himayəsiz qalmasına səbəb oldu. Təəssüf ki, ölkədəki məlum siyasi oyunlardan, hərc-mərclikdən sui-istifadə edən təcavüzkar Ermənistan havadarlarının yardımı ilə Ağdamı – Qarabağın alınmaz saydığımız giriş qapısını işğal etdilər.
Ulu Öndərin hakimiyyətə gəlişindən sonra artıq məcburi köçkün statusunda olan ağdamlılara böyük qayğı, dəstək göstərildi. Ağdamlılara Heydər Əliyev yenə də sahib çıxdı, onların üzləşdikləri problemlərin həllinə daim yardım göstərdi.
Ulu Öndərimizin özü qədər inandığı Sizə biz də inandıq, seçkilərdə daim yekdil dəstəyimizi nümayiş etdirdik. Siz də Ümummilli Liderin bu himayədarlıq ənənəsini təəssübkeşliklə davam etdirdiniz. On minlərlə ağdamlı Sizin sayənizdə yeni salınmış şəhərciklərdə mənzillə, dövlətin müavinəti, sosial yardımları ilə təmin olundu, daha güvənli həyat sürdü.
Nəhayət, Siz bizləri indi öz doğma ata-baba yurdumuza, Ağdamımıza qaytarırsınız!
Möhtərəm Prezident,
Ağdam camaatının Sizə, həmçinin dəyərli Mehriban xanım Əliyevaya olan məhəbbətini, ehtiramını ifadə etməyə söz də yetişmir. Siz biz ağdamlıların həyatında artıq yeni bir mərhələnin – ən müqəddəs dövrün müəllifisiniz.
Sizin sərkərdəlik şücaətiniz, liderlik bacarığınız, diplomatik istedadınız nəticəsində ağdamlıların taleyində yeni bir həyat başlayır. Biz yalnız köçkünlük həyatımıza son qoymuruq, həm də öz yurdumuzu yenidən qurmağa imkan qazanırıq.
Əminik, necə ki, ulu öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Ağdamı Azərbaycanın ən abad, ən rifahlı bölgəlindən birinə çevirmişdi, Siz də qısa müddətdə Ağdamı bütün Qafqazın ən inkişaf etmiş, ən abad mərkəzlərindən biri kimi yenidən yaradacaqsınız.
Hörmətli Prezident,
Doğma yurdumuzu bizə zəfərlə qaytardığınıza görə Ağdamın yüz minlərlə sakini adından Sizə və hörmətli Mehriban xanım Əliyevaya əbədi minnətdarlığımızı və borcumuzu bildiririk.
Ağdamlılar hər zaman Sizinlə, Heydər Əliyev dövlətçilik xətti ilə bir olublar, bundan sonra da bu yolla daim sədaqətlə, fədakarlıqla gedəcəklər.
Hörmətlə,
Adilə Namazova – akademik, əməkdar elm xadimi
Nərgiz Axundova – akademik
Dilqəm Tağıyev – AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik
Lətif Hüseynov – Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq elmləri doktoru, professor
Bəxtiyar Sadıqov – Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, əməkdar jurnalist
Bəxtiyar Əliyev – Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri
Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor
Natiq Cavadov – Milli Aerokosmik Agentliyin baş direktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü
Həbib Həsənov – Bakı Hərbi Məhkəməsinin sədri
Arif Babayev – professor, xalq artisti, Milli Konservatoriyanın Muğam kafedrasının müdiri
Mənsum İbrahimov – professor, xalq artisti, Prezident mükafatçısı
Ramiz Quliyev – xalq artisti, Dövlət mükafatı laureatı
Nazim Əliyev – hüquq elmləri doktoru
Habil Qurbanov – hüquq elmləri doktoru, professor, AMEA Həmkarlar Təşkilatının sədri
Məhiş Əhmədov – iqtisad elmləri doktoru, professor
Mürsəl Əliyev – texnika elmləri doktoru
Şahin Rüstəmov – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini
Baxşeyiş Əsgərov – hüquq elmləri üzrə fəlsəfə doktoru
Fikrət Əliyev – hakim
Çingiz İskəndərov – hakim
Toğrul Rəhimov – “Azərişıq” ASC sədrinin baş müşaviri
İlham Hüseynov – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
İxtiyar Hüseynli – Azərbaycan Respublikasının Əməkdar jurnalisti
Əvəz Mikayilov – rayon ağsaqqallar şurasının sədri
Allahverən Əliyev – YAP Ağdam rayon təşkilatının sədri
Aybəniz Cəfərova – ağbirçək-ziyalı
Gülnurə Muradova – Əməkdar müəllim
Tünzalə Vəliməmmədova – Əməkdar müəllim
Elmir Məmmədov – ağsaqqal
Tapdıq Qaraşov – ağsaqqal
Həmzə Əliyev – ağsaqqal
Nizami Sadiqov – ağsaqqal
Zülfü Qasimov – ağsaqqal
Misirxan Misirxanov – ağsaqqal
Marif Hüseynov – ağsaqqal
Səlim Əzimov – ağsaqqal
Mir Yusif Əliyev – ağsaqqal
İlyas Bağirov – ağsaqqal-həkim
Hüseynalı Hüseynov – kimya elmləri namizədi
Xudu Xudiyev – həkim
Ceyran Əliyeva – xalçaçılıq müəssisəsinin direktoru
Arzu Rəhimova – Qadınlar Şurasının sədri
Elza İsayeva – Əməkdar müəllim
Gülyaz Qurbanova – ağbirçək-ziyalı
Çimnaz Əliyeva – ağbirçək-ziyalı
Şahin Qasımov – ağsaqqal
Rövşən Cavadov – psixologiya elmləri namizədi
Təyyar Bayramov – Əməkdar artist
Fehruz Məmmədov – Əməkdar artist
Aygün Bayramova – Xalq artisti
Nəzakət Teymurova – Xalq artisti
Səbuhi İbayev – Əməkdar artist
Elnur Zeynalov – Əməkdar artist
Cabir Abdullayev – Əməkdar artist
Mustafa Mustafayev – yazıçı-publisist
Elza Qaybaliyeva – xanəndə”.