Ağdaşda güclü külək fəsadlar törədib

May10,2021 #Ağdaş #külək

Güclü külək Ağdaş rayonunda bir sıra fəsadlar törədib.

”QİA.az”ın Yuxarı Şirvan bürosu xəbər verir ki, külək Heydər Əliyev prospektində bir neçə ağacı kökündən qoparıb

Bundan başqa, adıçəkilən prospektdə iri gövdəli ağac yol kənarında dayanan avtomobilin üzərinə aşaraq onu əzib. Güclü külək rayonda elektrik enerjisinin verilişində də problemlər yaradıb.

Hazırda rayonda küləyin vurduğu ziyanla bağlı araşdırma aparılır, yaranan fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Oxşar Xəbərlər