Ağır atletimiz Dünya kubokunun bürünc medalını qazanıb

Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya Kubokunda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerlifting idman növü üzrə milli komandasının üzvü, 97 kq çəki dərəcəsində iştirak edən Nurlan Babacanov 190 kq nəticə göstərərək yarışın bürünc medalına sahib olub.

Bu barədə “QİA.az”a Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Qeyd edək ki, yarış Tokio 2020 Yay Paralimpiya oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

Oxşar Xəbərlər