Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

İyn13,2021

Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

QİA.AZ -ın məlumatına görə, hadisə rayonun Saloğlu yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Onlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər