Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub – YENİLƏNİB

Ağstafada avtomobillər toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

QİA.az xəbərverirki, bu barədə “Report”un Qərb bürosunun məlumatına görə, “Mercedes” markalı mikroavtobusla “VAZ” markalı avtomobilin toqquşması nəticəsində, 2007-ci il təvəllüdlü E.İsmayılzadə, 2006-cı il təvəllüdlü A.Şamxalov, 2009-cü il təvəllüdlü E.Hacıyev, 1987-ci il təvəllüdlü R.Qarayev və daha bir nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

23:01
Ağstafa şəhərində iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.

QİA.az xəbər verir, bu barədə “Report”un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar Ağstafa Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər