Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb

Dek14,2020
Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb

Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstəsi aşkarlanıb.

QİA.AZ Reporta istinadən bildirib ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar nəticəsində rayonun Poylu qəsəbə sakini Hidayət Hüseynov koronavirus testinin nəticəsinin pozitiv çıxmasını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə az təmasda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli olduğu halda yaşadığı evi tərk etməsi aşkarlanıb.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə H.Hüseynov evə göndərilib, barəsində RPŞ-də araşdırmalar davam etdirilir.

Oxşar Xəbərlər