Ağstafa polisi qanunsuz silah saxlayan şəxsə qarşı əməliyyat keçirib.
QİA.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri keçiriblər.
Ağstafa rayon sakini E.Qəhrəmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil saxlanılıb.
Nəqliyyat vasitəsinə baxış zamanı sərnişin N.Məsimovdan “AK-74” markalı avtomat silahı, 22 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.