Ağsuda dağlıq ərazidə yanğın söndürülüb

Avq18,2021

Ağsu rayonu, Hacman kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, yanğın zamanı 4 ha sahədə kol-kos və ağaclar yanıb.

Yanğın FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

Oxşar Xəbərlər