Ağsu rayonu ərazisində növbəti dəfə güclü yanğın başlayıb.
QİA.AZ-ın məlumatına görə, hadisə rayonun 5 kəndinin ərazisini əhatə edib.
Rayonun Qəşəd kəndindən başlanan yanğın qısa müddətdə 200 hektara yaxın ərazini əhatə edib. Hazırda rayonun Qəşəd, Ləngəbiz, Keçdiməz, Bico və Gəgəli kəndlərinin ərazisində yanğın davam edir. Yanğın əsasən dağlıq ərazidə baş verdiyindən hadisəyə müdaxilə etmək çətinləşib. Hadisə yerinə Ağsu, Kürdəmir və Şamaxı rayonlarının yanğınsöndürmə briqadaları cəlb edilib.
Hazırda yanğının qarşısını almaq üçün tədbirlər davam etdirilir.