Aİ Belarusu “Eurovision”dan çıxarmaq istəyir

eurovision

Belarusun “Eurovision” mahnı müsabiqəsindən çıxarılması barədə kampaniyaya başlanılıb. 

“QİA.AZ” xəbər verir ki, sözügedən ölkənin dövlət kanalı olan BTRC-nin Avropa Yayım Birliyindən (EBU) çıxarılması tələb olunur.

Petisiyaya İsveç siyasi partiyası “Liberalerna”nın üzvü Karin Karlsbro başlayıb. O, Avropa İttifaqının Belarus ilə əlaqələr üzrə nümayəndə heyətinin sədr müavinidir. 

Karlsbro EBU-nu Belarusda rejimə qarşı əlavə tədbirlər görməyə çağırıb və Belarusun bu il “Eurovision”dan çıxarılmasını tələb edib:

“Avropa İttifaqı təməl insan haqlarını açıq şəkildə pozan şəxslərin siyahısını hazırladı. Bu siyahıda Belarus dövlət yayımının rəhbəri də var. Diktatorluğun hökm sürdüyü bir ölkədə musiqi yarışmasına qatılmağın heç bir mənası yoxdur”.

Oxşar Xəbərlər