Aİ koronavirusla mübarizədə Hindistana kömək edəcək

Avropa İttifaqı (Aİ) koronavirusa yoluxmaların kəskin artdığı Hindistana yardım göndərmək üçün mülki müdafiə mexanizmini işə salıb.

QİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Brüsseldə keçirilmiş brifinqdə elan edib.

“Hindistan tibbi oksigen və remdesivir kimi dərmanları xahiş edib”, – o deyib.

Avropa Komissiyası nümayəndəsinin sözlərinə görə, İrlandiya artıq 700 oksigen konsentratorunu təklif edib, Fransa və Almaniya da kömək etmək niyyətində olduqlarını bildirib.

Hindistan baş naziri Narendra Modi bir qədər öncə yeni koronavirus dalğasının “ölkəni qasırğa kimi vurduğunu” deyib.

Hindistan dünya üzrə koronavirusa yoluxmaların sayına görə ikinci yerdədir.

Oxşar Xəbərlər