Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko təyyarə ilə Zəngilan rayonuna yola düşür.
QİA.az məlumat verir ki, bu barədə diplomat sosial şəbəkədə bildirib.
“Minalarla mübarizə üzrə konfransda iştirak etmək və Aİ-nin Azərbaycana dəstəyi üçün gələcək imkanları araşdırmaq məqsədilə bu səhər gözəl Zəngilana uçuram”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın ayında Zəngilan rayonunda minalarla mübarizə üzrə beynəlxalq tədbirin keçiriləcəyinin anonsunu vermişdi. Ötən gün isə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva beynəlxalq konfransın mayın 30-da keçiriləcəyini təsdiqləmişdi.