Aİ ölkələri XİN başçılarının Azərbaycana səfəri başa çatıb

Avropa İttifaqına (Aİ) üzv olan Avstriya, Litva və Rumıniyanın xarici işlər nazirləri Aleksandr ŞallenberqQabrielius Landsbergis və Boqdan Aureskunun Azərbaycana səfərləri başa çatıb.

QİA.AZ xəbər verir ki, bu barədə Rumıniya XİN başçısı tvitterdə yazıb.

Artıq XİN başçıları Yerevandadır və Ermənistan rəhbərliyi ilə görüşlər keçirəcəklər.

Onlar sabah Tbilisiyə səfər edəcək və sonda Gürcüstan paytaxtında mətbuat konfransı təşkil edəcəklər.

Xatırladaq ki, səfər Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin tapşırığı əsasında həyata keçirilir.

Oxşar Xəbərlər