Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
“QİA.az”-ın xəbərinə görə, bu barədə Aİ Şurasının Prezidenti “Twitter” hesabında bildirib.
Şarl Mişel görüşdə Türkiyə və Aİ-nin gələcək əlaqələrinin müzakirə olunacağını deyib.
“Daha konstruktiv gündəm yaratmaq üçün gərginliyi davamlı olaraq azaltmaq lazımdır”, – deyə Aİ rəsmisi qeyd edib.
Qeyd edək ki, görüş Aİ institutlarının rəhbərlərinin Türkiyəyə səfəri çərçivəsində baş tutub.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ