Aİ Şurasının sədri koronavirus vaksinlərinin bərabər paylanmasını təmin etməyə çağırıb

Mar30,2021

Koronavirus vaksinləri, dərman preparatları və testlərin bərabər paylanması təmin olunmalıdır.

QİA.AZ-ın məlumatına görə, bunu Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Gebreyesusla birgə mətbuat konfransında deyib.

Ş.Mişel, həmçinin pandemiyalarla əlaqədar beynəlxalq sazişin imzalanmasına da çağırış edib. O bildirib ki, bu sənəd ÜST-ün nizamnaməsi əsasında tərtib olunacaq.

O, bütün dünyada insanların və digər canlıların sağlamlığını əhatə edən “Vahid sağlamlıq” yanaşmasının vacibliyini vurğulayıb:

“Bu qlobal yanaşmanın işləməsi üçün daha çox şəffaflıq, hesabatlılıq və birgə məsuliyyət tələb olunur. İmmunlaşma qlobal ictimai rifah deməkdir. Ona görə tez bir zamanda vaksinlər istehsal olunmalı və tətbiq edilməlidir. Biz həm də vaksinlərin, dərman preparatlarının və testlərin bərabər paylanmasını təmin etməliyik”.Məqalədə:

Oxşar Xəbərlər