Fransanın milli aviadaşıyıcısı – “Air France” şirkəti 160 yeni təyyarə almağa hazırlaşır.
“QİA.AZ” xarici mətbuata istinadən xəbər verir ki, aviaşirkət bununla bağlı Fransa-Almaniya birgə müəssisəsi – Airbus” və ABŞ-ın “Boeing” korporasiyaları ilə danışıqlar aparır.
Xatırladaq ki, bu ilin aprel ayında “Air France” hökumətdən 4 milyard avro dəyərində dəstək paketi alıb. Məqsəd aviaşirkəti koronavirus pandemiyasının mənfi təsirlərindən xilas etməkdir.