Hindistanın ən böyük aviadaşıyıcısı olan “Air India” şirkəti Banqladeşdəki siyasi böhran fonunda bazar ertəsi dayandırılan Dəkkəyə uçuşları bərpa edib.
QİA.az “Report”a istinadən xəbər verir ki, bu barədə şirkətin “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
“Air İndia” avqustun 6-da Dehli-Dəkkə-Dehli marşrutu üzrə AI 237/238 nömrəli axşam reyslərini yerinə yetirməyə başlayacaq”, – aviaşirkətin açıqlamasında deyilir.
Bundan əlavə, Dəkkədəki mövcud vəziyyətlə əlaqədar olaraq, “Air India” müştərilərinə avqustun 4-dən 7-nə qədər Dəkkəyə və Dəkkədən olan istənilən reys üçün təsdiqlənmiş rezervasiyanın dəyişdirilməsi halında endirim də təqdim edib.
Xatırladaq ki, daha əvvəl Banqladeşin paytaxtındakı Həzrət Şahcəlal Beynəlxalq Hava Limanı ölkədəki qeyri-sabit vəziyyət fonunda bağlandıqdan sonra fəaliyyətini bərpa edib.