AK koronavirusa qarşı peyvəndin əvvəlcədən sifarişinə 2,9 milyard avro xərcləyib

İyn22,2021

Avropa Komissiyası (AK) ilk dəfə 2020-ci ildə altı Qərb şirkətindən koronavirus peyvəndlərinin əvvəlcədən sifariş edilməsinə xərclənən vəsaitin məbləğini açıqlayıb.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə AK nümayəndəsi Stefan De Keersmaker Brüsseldə keçirdiyi brifinqdə bildirib.

“Avropa Komissiyası 2020-ci ildə peyvənd portfelimizin əvvəlcədən sifariş edilməsi üçün müqavilələrə 2,9 milyard avro xərcləyib”, – o deyib.

Qeyd edək ki, AK Aİ ölkələri üçün altı Qərb şirkətinin peyvəndindən ibarət portfel yaradıb və 2020-ci ilin payızında, yəni sınaqlar başa çatmamış, eləcə də bütün bu peyvəndlər bazara çıxarılmamış onların əvvəlcədən sifariş edilməsi üçün müqavilələr imzalayıb.

Oxşar Xəbərlər