Akademik İsa Həbibbəyli Nadir ağaclar parkına baxış keçirib

Apr29,2024

Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Akademiya şəhərciyi ərazisində salınmış Nadir ağaclar parkına baxış keçirib. QİA.az AZƏRTAC-a istinad ilə xəbər veir ki, tədbir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutub.Mərasimdə, həmçinin Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, eləcə də AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları iştirak ediblər.Akademik İsa Həbibbəyli Nadir ağaclar parkında ölkəmizin iqlim şəraitinə uyğun əkilmiş ağaclara mütəmadi aqrotexniki qulluğun göstərilməsi ilə bağlı tapşırıqlarını verib.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində salınmış Nadir ağaclar parkının yaradılmasında məqsəd ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasıdır.

Oxşar Xəbərlər