Akif Qurbanov: “Ev şəraitində müalicə olunmaq təhlükəlidir”

Britaniya “Pfizer” və “BioNTech” peyvəndlərini təsdiqləyib

“Ev şəraitində müalicə olunmaq təhlükəlidir. Hər bir xəstə şəxs ətrafdakılarını qorumalıdır. Hər bir evdəki şəxs də müalicə olunan xəstəyə ehtiyatla yanaşmalıdır”.

“QİA.AZ” xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Təəssüflər olsun ki, vətəndaşlar bu xəstəlik haqqında informasiyalara bir o qədər də malik deyil. Bəzən insanlar KT-dən keçən zaman görür ki, ciyərlərində bir problem yoxdur və deyir ki, xəstə deyil. Hamı bilməlidir ki, biz xəstəliyin sonuna qədər ciyərlərdə hər hansı bir zədənin olmadığını görə bilərik. Bəzən həkimlər belə düzgün olmayan istiqamətləndirmə aparırlar. Bəzən xəstəlik simptomsuz da keçir. Hər birimiz soyuqdəymə keçirən zaman sanki yoluxmuşuq kimi fikirləşməliyik. Onda həkimə müraciət edib diaqnozu dəqiqləşdirmək olar”, – o, əlavə edib.

Oxşar Xəbərlər