“AL market”ə basqın olub

Apr26,2021

Bakıda marketə basqın olub.

“QİA.az” xəbər verir ki, “AL market”in Xətai rayonunda yerləşən mağazasında naməlum şəxs həmin mağazanın müdir müavini Əlibala Orucovu bıçaqla hədələyib.

Naməlum şəxs müdir müavininin üzərindəki pulları zorla alaraq ərazidən uzaqlaşıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib, basqınçının şəxsiyyəti müəyyənləşdirilir.

Oxşar Xəbərlər