Albaniyanın ATƏT-dəki sədrliyi Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayıb.
QİA.AZ-ın məlumatına görə, bu barədə Albaniyanın ATƏT-dəki sədrliyinin “Twitter”dəki səhifəsində bildirilib.
Məlumatda deyilir: “Albaniyanın ATƏT-dəki sədrliyi Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır. Davamlı sülhə nail olmaq üçün beynəlxalq iştirak razılaşdırılmış hər hansı həllindavamlı və humanitar prinsiplərə uyğunluğunun təmin edilməsinə kömək etməlidir”.