Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasimi başlayıb.
“QİA.az” xəbər verir ki, mərasim Rus Pravoslav Kilsəsində keçirilir.
Mərasim saat 12:30-a kimi davam edəcək. Mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Aleksandr İşein 1952-ci ilin 13 oktyabrında Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. O, Moskva Teoloji Akademiyasını bitirib. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib. Aleksandr İşein 2012-ci ildən dərəcəsi arxiyepiskop idi.
Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.