Belarus prezidenti Aleksandr Lukaşenko oğlu Viktor Lukaşenkonu dövlət başçısının milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad edib.
QİA.AZ-ın məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.
“Viktor Lukaşenko seçkili vəzifəyə keçidlə əlaqədar Belarus prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad olunub”, – xəbərdə deyilir.
Mətbuat xidmətində əlavə ediblər ki, Viktor Lukaşenkoya növbəti ehtiyatda olan general mayor hərbi rütbəsi verilib.