Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçirilir – FOTO

May7,2024

Heydər Əliyev Sarayında Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçirilir.

QİA.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Qeyd edək ki, festival ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda, incəsənət sahəsindəki istedadları üzə çıxarmaq və inkişaf etdirmək məqsədi ilə keçirilir.

Nahid Xəlilov, Qismət Zülfüqarov

Oxşar Xəbərlər