“Ali təhsil haqqında” yeni qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılacağı vaxt məlum olub.
“QİA.az”ın məlumatına görə, İşçi Qrup işini yekunlaşdırdıqdan sonra layihə parlamentin payız sessiyasında deputatların müzakirəsinə təqdim olunacaq.
Qeyd edək ki, bu gün parlamentdə “Ali təhsil haqqında” qanun layihəsinin ilkin varinatı müzakirə olunub. Müzakirələrdə təhsil naziri Emin Əmrullayev də iştirak edib.