Ali təhsilin magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb

Apr1,2021
Nazirlər Kabineti

Nazirlər Kabineti  “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.

“QİA.az”-ın məlumatına görə, qərara əsasən, ali təhsilin magistratura səviyyəsi üzrə yeni ixtisaslar və ixtisaslaşmalar yaradılıb.

Beləliklə, Hüquqşünaslıq ixtisasına “Ekologiya hüququ”, Kommersiya ixtisasına “Elektron kommersiya”, Riyaziyyat ixtisasına “Aktuar riyaziyyat”, Kompüter elmləri ixtisasına “Kompüter elmləri və texnologiyaları”, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisasına “Logistika və nəqliyyat”, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına “Kibertəhlükəsizlik”, Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi ixtisasına “Şəhər infrastrukturunda smart texnologiyalar” ixtisaslaşmaları, eləcə də Təsnifata yeni “Şəhərsalma” ixtisası və onun ”Dayanıqlı şəhərsalma və region planlaşdırılması” ixtisaslaşması əlavə edilib

QİA.az

Oxşar Xəbərlər