“Alim” elmi assosiasiyasının II qurultayı keçirilib

Fev8,2021
"Alim" elmi assosiasiyasının II qurultayı keçirilib

Fransada fəaliyyət göstərən “Alim” elmi assosiasiyasının II qurultayı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən “QİA.AZ”a verilən məlumata görə, onlayn keçirilən tədbirdə assosiasiyanın Fransa və Azərbaycandan olan üzvləri, eləcə
də yeni üzvlüyə namizədlər iştirak ediblər. Qurultayı açıq elan edən assosiasiyanın
prezidenti Günel Səfərova ötən il həyata keçirilən layihələr barədə hesabatla çıxış edib.
Assosiasiyanın koronaviris pandemiyası və 44 günlük Vətən müharibəsi ərzində
soydaşlarımızı və tarixi vətənimizi dəstəkləməyə çalışdığı vurğulanıb. Belə ki, Fransada
təqaüdsüz təhsil alan azərbaycanlı tələbələrə yardım kampaniyası təşkil edilib, digər
assosiasiyalarla birlikdə Fransa Prezidentinə, XİN başçısına, fransız deputat və
senatorlara, dini qurumlara, UNESKO-nın direktoruna bu ölkənin Azərbaycana olan
qərəzli münasibətinə etiraz edən və Qarabağ həqiqətlərini çatdıran məktublar
ünvanlanıb, assosiasiyanın təsisçi üzvləri Elmar Yusifli və Şəbnəm Süleymanova
tərəfindən erməni əsirliyində olan azərbaycanlı əsirlərin geri qaytarılması ilə bağlı
“Qırmızı Xaç” komitəsinə müraciət olunub.
Qurultayın gedişində 2021-ci il üçün nəzərdə tutulan layihələr ətrafında fikir
mübadiləsi aparılıb, səsvermə yolu ilə assosiasiyaya yeni üzvlər seçilib.

Oxşar Xəbərlər