Böyük Britaniya alimlərinin yeni bir araşdırmasına görə, COVID-19-a səbəb olan virus hər həftə mutasiyaya uğrayır.
QİA.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Genome Biology and Evolution” jurnalında məqalə dərc edilib.
Məqalədə deyilir ki, viruslar mütəmadi olaraq dəyişir. Virusun bəzi mutasiyaları onun sağ qalmasına kömək edir, digərləri isə virusa zərərlidir.
Bir xəstə həftələrlə koronavirusdan əziyyət çəkirsə, demək, o sağalmadan virusun digər mutasiyasına yoluxub. Bununla yanaşı, əksər insanlar virusu mutasiyaya uğramadan ötürürlər. Bu o deməkdir ki, bir xəstədə virusun təkamül ehtimalı o qədər də yüksək deyil.