Alimlər hansı geyim rənginin ağcaqanadları cəlb etdiyini açıqlayıblar

ABŞ-ın Vaşinqton Universitetinin tədqiqatçıları hansı geyim rənginin ağcaqanadları cəlb etdiyini açıqlayıblar. Araşdırmalar nəticəsində məlum olub ki, bu həşəratlar təkcə insanın bədən qoxusuna deyil, həm də müəyyən geyim rənglərinə reaksiya verir.

QİA.az “Nature Communications” jurnalında dərc olunmuş məqaləyə istinadla xəbər verir ki, Vaşinqton Universitetinin biologiya professoru Ceffri Riffelə görə, görünən spektr dalğaları ağcaqanadları cəlb edir. Yəni, qırmızı, çəhrayı və boz rəngli paltarlar bu həşəratların sizi daha aydın görməsinə səbəb olur.

Ağcaqanadlardan qorunmaq üçün həmin rənglərdən imtina edilməsini məsləhət görən alimlər qeyd edirlər ki, bənövşəyi, mavi, ağ və yaşıl rəngli paltarlar bu həşəratları cəlb etmir.

Oxşar Xəbərlər